AZƏRBAYCAN » İQTİSADİYYAT
22 May 2020, 15:52 (GMT +4)

Düyü idxalının həcmi artıb

Bakı, 22 may, SalamNews.Bu ilin yanvar-aprel aylarında ölkəyə 21,3 min tonadək düyü idxal edilib.

SalamNews Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən düyünün dəyəri 14,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkəyə dəyəri 14,5 milyon dollar olmaqla 17,3 min tondan çox düyü idxal edilib.