DÜNYA » CƏMİYYƏT
21 May 2020, 14:49 (GMT +4)

AB bu yay ümumavropa turizm mövsümünün olacağına ümid edir

Bakı, 21 may, SalamNews. Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Terri Breton bu yay ümumavropa turizm mövsümünün bərpa olunacağına ümid etdiyini bildirib.

SalamNews TASS-a istinadla xəbər verir ki, bu barədə o  Fransanın "BFM" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Əlbəttə, Avropada bu yay turizm mövsümü olacaq. Bu ümumavropa mövsümü olacaqmı? Buna  ümid edirik. Milli olacaqmı? Bu dəqiqdir", o qeyd edib.

Mayın əvvəlində Bretton bildirib ki, "pandemiyanın sərhədləri ölkələrin sərhədləri ilə üst-üstə düşmədiyi üçün" AB-də bəzi ərazilər turistlər üçün açıq, bəziləri isə bağlı qalacaq.

Yunanıstanın turizm naziri Haris Teoxarisin sözlərinə görə, epidemiya vəziyyəti mürəkkəb olan dövlətlərin vətəndaşları istisna olmaqla, turistlər iyulun 1-dən Yunanıstana gələ bilər.