QAFQAZ » CƏMİYYƏT
21 May 2020, 15:18 (GMT +4)

Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı ləğv edilir

Bakı, 21 may, SalamNews. Gürcüstanda mayın 22-dən sonra fövqəladə vəziyyət rejimi uzadılmayacaq və komendant saatı ləğv ediləcək. SalamNews xəbər verir ki, bunu ölkənin Baş naziri Georgi Qaxariya bildirib.

Gürcüstanda martın 21-də fövqəladə vəziyyət elan edilib və daha sonra bir dəfə uzadılıb.

Ölkədə pandemiya başlayandan indiyə qədər 721 nəfərdə koronavirusa yoluxma aşkar edilib.