DÜNYA » CƏMİYYƏT
21 May 2020, 17:43 (GMT +4)

ÜST pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq verib

Bakı, 21 may, SalamNews. Dünyada pandemiyanın ilk dalğasının ardınca ikincisi gələ bilər.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vujnoviç "Rusiya 24" televiziya kanalının efirində açıqlayıb.

O, ölkələrə karantinin düşünülməmiş şəkidlə zəiflədilməsi ilə bağlı xəbərdarlıq verib.

"Əhalinin təhlükənin yox olmadığını, riskin keçmədiyini anlaması çox vacibdir", deyə təşkilat nümayəndəsi bildirib.

"ÜST karantinin asan olmadığını anlayır, amma vəziyyət nəzarətdən çıxsaydı ölüm halları artardı", o deyib.