DÜNYA » SİYASƏT
21 May 2020, 17:56 (GMT +4)

Ayətullah Xamenei Qüds günündə dünya və regionda baş verən son proseslərlə bağlı çıxış edəcək

Bakı, 21 may, SalamNews, B.Samid. İranın İslam İnqilabının Ali lideri Seyid Əli Xamenei cümə gününə təsadüf edən Beynəxalq Qüds günündə çıxış edərək, müsəlman dünyasına müraciət edəcək.

SalamNews bu barədə İRNA-a istinadla xəbər verir.

Bildirilib ki, sabah bir sıra müsəlman dövlətlərində qeyd edilən Beynəlxalq Qüds günü ilə bağlı İranda keçirilən tədbirlər çərçivəsində Ayətullah Xamenei də çıxış edəcək.

Məlumata görə Ayətullah Xamenei müsəlman ölkələrinin son vəziyyəti, xüsusilədə Yaxın Şərqdəki son proseslərlə bağlı müraciət və çağırışlar edəcək.

Qeyd edək ki, bu il Beynəlxalq Qüds günü ilə bağlı tədbirlər coronavirus pandemiyasına görə ümumi məkanlarda kütləvi şəkildə deyil, əsasən sosial məsafələrin riayət edilməsi şərtilə fərqli proqramlar formatında keçiriləcək.