RUSİYA » CƏMİYYƏT
22 May 2020, 11:15 (GMT +4)

Nurməhəmmədovun atasının vəziyyəti sabit ağır olaraq qalır

Bakı, 22 may, SalamNews. UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi olan Abdulmanap Nurməhəmmədovun vəziyyəti sabit ağır olaraq qalır.

SalamNews xəbər verir ki, bu barədə “Fight Nights” şirkətinin prezidenti Kamil Hacıyev TASS-a müsahibəsində bildirib.
“Onun vəziyyəti hələ də ağırdır. Həbibə, qohumlara və ailə yaxınlarına zəng edirəm. Vəziyyət eynidir”, - Hacıyev deyib.
Abdulmanap Nurməhəmmədov Moskva xəstəxanalarından birində müalicə alır.