AZƏRBAYCAN » CƏMİYYƏT
22 May 2020, 22:41 (GMT +4)

Qazax rayonuna dolu düşüb

Bakı, 22 may, SalamNews. Qazax rayonunun bəzi kəndlərində dolu yağıb.

Milli Hidrometeorologiya Xidmətindən SalamNews-a verilən məlumata əsasən, mayın 22-də saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib. Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.