DÜNYA » SİYASƏT
22 May 2020, 12:49 (GMT +4)

Yaponiyanın baş naziri Tokio prokuroru ətrafındakı qalmaqala rəğmən istefaya getməyəcək

Bakı, 22 may, SalamNews. Yaponiyanın baş naziri Sindzo Abe Tokionun prokuroru Xiromu Kurokavanın qalmaqallı istefasına baxmayaraq, öz vəzifəsini tərk etmək niyyətində deyil.
SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatı hökümət başçısı Yaponiya parlamentinin aşağı palatasının komitə iclası zamanı edib.
“Üzərimə yeni növ koronavirusun yayılmasının qarşısını almaq, vətəndaşların həyat və sağlamlığını qorumaq, həmçinin şirkətlərin fasiləsiz fəaliyyətini təmin etmək kimi bir missiya qoyulub”, - deyə Abe bildirib.