RUSİYA » SİYASƏT
22 May 2020, 16:17 (GMT +4)

Dmitri Peskovun xəstəxanada müalicəsi davam edir

Bakı, 22 may, SalamNews. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun xəstəxanada müalicəsi davam edir.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə D. Peskov özü açıqlama verib.

"Mən hələ xəstəxanadayam", deyə o bildirib.

Qeyd edək ki, D. Peskov koronavirusa (COVID-19) yoluxub. Eyni diaqnoz ilə xəstəxanaya yerləşdirilən həyat yoldaşı Tatyana Navka artıq müalicə edilərək xəstəxanadan çıxarılıb.