AZƏRBAYCAN » İQTİSADİYYAT
23 May 2020, 13:15 (GMT +4)

Güclü külək elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub (FOTO)

Bakı, 23 may, SalamNews. Qərb və şimal-qərb regionlarında mayın 23-25-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

Bu barədə SalamNews-a qurumdan məlumat verilib.

Bildirilir ki, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törətmiş, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb.

“Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - material və texnika ayrılıb", - ASC-dən bildirilib.