AZƏRBAYCAN » CƏMİYYƏT
23 May 2020, 13:35 (GMT +4)

Gənclər və İdman Nazirliyi veteran idmançılara dəstək olub

Bakı, 23 may, SalamNews. Gənclər və Idman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq könüllüsünün iştirakı ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə yaşayan 70-dən artıq idman veteranına yardım göstərilib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın SalamNews-a verdiyi məlumata görə, yardım göstərilənlər sırasında Yaşar Məmmədov, Rafiq Məlik-Yeqanov, Tofiq Babanlı, Lyudmila Şubina, Rəfiqə Şabanova, Elxan Əliyev, Camal Yaqubov, Şahmar Mustafayev, Məryəm Bağbanlı, Yaqub Məmmədov, İsmayıl Əbdülqədir, Elmira Hüseynova, Züleyxa Hacıyeva və digər veteran idmançılar olub.