DÜNYA » SİYASƏT
25 May 2020, 12:31 (GMT +4)

Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

Bakı, 25 may, SalamNews. ABŞ prezidenti Donald Tramp hesab edir ki, rusiyalı həmkarı Vladimir Putin baxmayaraq yaxşı münasibətləri var, onun noyabr seçkilərində ikinci müddətə yenidən seçilməsini istəmir.

SalamNews bu barədə  İnterfaks-a istinadən xəbər verir.

Jurnalisti Şeril Attkissona verdiyi müsahibədə Rusiya mövzusuna da toxunan Tramp seçkilərdəki rəqibi Jo Baydeni müzakirə edib. Tramp gələcək prezidentin Çin və Rusiya ilə problemləri həll etməli olduğunu xatırladıb.

"Mən, indiyə qədər Rusiyanın başına gələn ən pis şeyəm. Putin bunu başa düşür", - Amerika lideri deyib.

O rus həmkarı ilə yaxşı münasibətlərinin olduğunu da qeyd edib.

"Mən sizə indi deyə bilərəm. Düşünürəm ki, onun məndən xoşu gəlir, amma əminəm ki, mənim qələbəmi istəmir. Çin mənim qələbəmi istəmir!" - Tramp əminliklə qeyd edib.