DÜNYA » SİYASƏT
25 May 2020, 13:00 (GMT +4)

ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

Bakı, 25 may, SalamNews. ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxanların sayının sürətlə atrması səbəbindən son 14 gündə Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Keyli  Makinani açıqlayıb.

"Bu gün prezident 14 gün ərzində Braziliyada olan əcnəbilərin ölkəmizə girişinin dayandırması barədə qəti addımlar atıb. Bu yeni məhdudiyyətlər ABŞ və Braziliya arasındakı ticarət axınına şamil edilmir", o deyib.

Con Hopkins Universitetinin son məlumatına görə, Braziliyada 347 mindən çox koronavirusa yoluxma qeydə alınıb, 22 mindən çox insan ölüb.