RUSİYA » CƏMİYYƏT
25 May 2020, 13:25 (GMT +4)

Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

Bakı, 25 may, SalamNews. Rusiyada son sutka ərzində daha 8946 nəfər koronavirusa (COVID-19) yoluxub.

SalamNews Rusiya Federasiyasının əməliyyat qərargahına istinadla xəbər verir ki, bununla Rusiyada COVID-19 yoluxanların sayı 353 427 nəfərə çatıb.

Ötən gün ərzində 92 nəfər koronavirusdan ölüb. Koronavirusdan ölənlərin sayı ümumi sayı 3633-ə yüksəlib, 118 798 nəfərin müalicəsi davam edir. 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir.