DÜNYA » SİYASƏT
25 May 2020, 13:54 (GMT +4)

Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

Bakı, 25 may, SalamNews. KXDR lideri Kim Çen In ilk dəfə üç həftəlik fasilədən sonra ictimaiyyət qarşısına çıxıb. Bu barədə "Bloomberg" xəbər verir.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, Kim Çen In  Koreya İşçi Partiyasının (TPK) Mərkəzi Hərbi Komitəsinin iclasını keçirib.

İclas milli müdafiə qüvvələrinin gücləndirilməsi üçün tələblərin müzakirəsinə həsr olunub.

Ancaq iclasın keçirilmə tarixi açıqlanmır.

Koreyanın Mərkəzi Teleqraf Agentliyi Şimali Koreya liderinin fotosunu, həmçinin 23 may tarixində imzalanan sərəncamları yayımlayıb.