AZƏRBAYCAN » CƏMİYYƏT
25 May 2020, 13:45 (GMT +4)

Şamaxının icra başçısı karantinə alınıb

Bakı, 25 may, SalamNews. Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

SalamNews-un məlumatına görə, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.