QAFQAZ » SİYASƏT
26 May 2020, 17:01 (GMT +4)

Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

Bakı, 26 may, SalamNews. Gürcüstanda fövqəladə rejim elan olunmasına baxmayaraq demokratiya prinsipləri heç bir mərhələdə pozulmayıb.

SalamNews xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Vaziani hərbi bazasında Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edərkən açıqlayıb.

Onun sözlərinə görə, fövqəladə vəziyyət vaxtında ləğv edilib.

"Buna görə seçkilərin keçirilməsi və konstitusiya dəyişikliklərinin qəbul edilməsi təxirə salınmayacaq", o deyib.