DÜNYA » CƏMİYYƏT
26 May 2020, 16:25 (GMT +4)

Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

Bakı, 26 may, SalamNews. Braziliyada son sutka ərzində koronavirusdan 807 nəfər ölüb.

SalamNews "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Worldometer" portalının məlumatına görə, bu göstəriciyə əsasən Braziliya ABŞ-ı ötüb, son sutka ərzində ABŞ-da 504 nəfər ölüb.

Ümumilikdə, pandemiya başladığı vaxtdan Braziliyada 374,898, ABŞ-da 1.706.154 nəfər virusa yoluxub. Bu göstəriciyə görə ölkələr dünyada ikinci və birinci yerləri tutur.