DÜNYA » SİYASƏT
28 May 2020, 15:39 (GMT +4)

ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

Bakı, 28 may, SalamNews, B.Samid. İranın “Faxon” neft tankeri Venesuela sularına çatıb.

SalamNews BBC-ə istinadla xəbər verir ki, İranın neft tankerlərindən ibarət gəmi karvanının “Faxon” tankeri bu gün Venesuela sularına daxil olub.

İran tankerini Venesuelanın hərbi gəmiləri müşayiət edib.

Bundan öncə İranın 3 tankeri neft və neft məhsullarını Veenesuela limanlarına boşaldıb.

Qeyd edək ki, İran və Venesuelanın neft, neft məhsulları, enerji və sair sahələri ABŞ-ın sərt sanksiyalarına məruz qalıb. ABŞ İran və Venesuela ilə sözügedən sahələr üzrə ticarət mübadiləsi aparan xarici şirkətlərə də sanksiya tətbiq edir. İran və Venesuela Karaib dənizinə 5 neft tankerinin göndərilməsini və ABŞ-ın buna reaksiya verə bilməməsini “hegemonluğa vurulan zərbə” kimi qiymətləndirir.