DÜNYA » SİYASƏT
02 İyun 2020, 15:09 (GMT +4)

Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

Bakı, 2 iyun, SalamNews. Türkiyə, Aralıq dənizinin şərqindəki maraqlarını müdafiə etmək əzmindədir.

SalamNews -un "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy açıqlayıb.

Aksoy, Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın, Türkiyə Neft Şirkətinin (TPAO) Aralıq dənizində seysmik və qazma əməliyyatları aparmaqla bağlı lisenziya almaq üçün sorğusuna dair açıqlamasını şərh edib.

Aksoyun sözlərinə görə, kəşfiyyat və qazma işlərinin planlaşdırıldığı ərazilər BMT-yə də məlumat  verildiyi Türkiyənin suverenliyi altındadır.

Aksoy bildirib ki, Ankara özünün və Kiprin türk icmasının  Şərqi Aralıq dənizindəki maraqlarını qorumaqda qərarlıdır. 

"Türkiyə, əvvəlcədən təyin edilmiş proqrama uyğun olaraq seysmik və qazma işlərini davam etdirir", o bildirib.