DÜNYA » HADİSƏLƏR
03 İyun 2020, 09:37 (GMT +4)

ABŞ-da etiraz aksiyaları zamanı azı 11 nəfər ölüb

Bakı, 3 iyun, SalamNews. ABŞ-da afroamerikalı Corc Floydun ölümü ilə nəticələnən etiraz aksiyaları və iğtişaşlar zamanı azı 11 nəfər ölüb.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "KTLA" televiziya kanalı məlumat yayıb.

Məlumata görə, ölüm halları  Çikaqo (İllinoys), Detroyt (Miçiqan), Omaha (Nebraska), Davenport (Ayova), Oklend (Kaliforniya) və Luisvilldə (Kentukki) qeydə alınıb. Ölənlərin əksəriyyəti afroamerikalılardır.

Oklenddə 53 yaşlı qaradərili federal təhlükəsizlik məmuru Deyv Patrik Andervud güllələnib, ortağı isə ağır yaralanıb.

Omahada 22 yaşlı qaradərili Ceyms Skarlok bir qrup insanla ağdərili şəxsi  döyərkən öldürülüb.

Kanal, həmçinin ABŞ-ın müxtəlif şəhərlərində yüzlərlə insanın xəsarət aldığı barədə xəbər versə də, onların dəqiq sayı barədə məlumat verməyib.