DÜNYA » CƏMİYYƏT
05 İyun 2020, 14:39 (GMT +4)

Uxan xəstəxanalarında koronavirus xəstələri qalmayıb

Bakı, 5 iyun, SalamNews. Uxanda koronavirusla müalicə olunan xəstə qalmayıb, son üç xəstə xəstəxanadan buraxılıb.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə şəhər səhiyyə komitəsinin məlumatında deyilir.

İyunun üçündə son üç xəstədə COVID-19 testi mənfi çıxıb.

Simptomlar  olmadığı üçün bir gün sonra həkimlər xəstələrin vəziyyətini nəzərə alaraq onların evə biraxılmasına icazə verib.

"Beləliklə, Uxandakı xəstəxanalarda koronavirus infeksiyası olan xəstələr qalmayıb", məlumatda deyilir.