DÜNYA » SİYASƏT
06 İyun 2020, 13:26 (GMT +4)

Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

Bakı, 6 iyun, SalamNews. Kanadanın Baş naziri Jastin Trüdo ABŞ-da irqçiliyə qarşı etiraz edən nümayişçilərlə həmrəylik simvolu olaraq  diz çöküb.

SalamNews xəbər verir ki, bu barədə "CNN" xəbər verir.

Məlumata əsasən, siyasətçi Kanadanın Ottava şəhərində "Black Lives Matter" aktivistlərinin nümayiş zamanı bunu edib. 

ABŞ-da irqçiliyə qarşı etiraz edənlər dəfələrlə dizüstə dayanıb.

Bəzən bu hərəkət irqi ayrıseçkiliklə mübarizədə həmrəylik jesti olaraq, bəzən “irqçilik üçün üzr”  simvolu olaraq icra edilib.