AZƏRBAYCAN » CƏMİYYƏT
06 İyun 2020, 16:47 (GMT +4)

Karantin günlərində Bakı - FOTOLENT

Bakı, 6 iyun, SalamNews. Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. 

SalamNews xəbər verir ki, bu gecədən başlayaraq karantin rejiminin sərtləşdirildiyi 4 şəhər 1 rayonda polis naryadları xidmət aparır. Dövlət Yol Polisi ilə yanaşı, Daxili İşlər orqanlarının əməkdaşlarından ibarət, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları da mütəmadi olaraq sutka ərzində xidmət göstərir.

Xatırladaq ki, sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.