DÜNYA » CƏMİYYƏT
16 İyun 2020, 16:33 (GMT +4)

Panamada COVID-19-un yeni növü yaranıb 

Bakı, 16 iyun, SalamNews. "Gorgas Panamanian" Sağlamlığın Tədqiqatı İnstitutunun alimləri, 5 ölkədən gətirilmiş SARS-CoV-2 virusunun mutasiyaları nəticəsində ölkədə A2 PAN adı verilən yeni  növün yarandığını açıqlayıb.

Bu barədə "Estrella Panama" qəzetinə institut direktoru Xuan Paskal məlumat verib.

Alimlər A2 PAN virusunun yarandığı ölkəni müəyyənləşdirib.

Paskalın sözlərinə görə, ölkədə yerli mutasiya növü meydana gəlməzdən əvvəl, ABŞ, İtaliya, İspaniya, Fransa və Asiyada dörd növ yaranıb.

SalamNews Gazeta.ru-ya istinadla xəbər verir ki, Paskal yerli növün xüsusiyyətləri və patogeni  barədə təfərrüatlı məlumat verməyib, lakin sərhədlərin bağlanması nəticəsində A2 PAN-ın Panamada  lokallaşdırıldığını qeyd edib.