DÜNYA » SİYASƏT
06 İyul 2020, 11:57 (GMT +4)

İraq ABŞ-ın Bağdadın mərkəzində havadan müdafiə kompleksi yerləşdirməsini pisləyib

Bakı, 6 iyul, SalamNews, B.Samid. “ABŞ-ın Bağdaddakı səfirliyində havadan müdafiə sistemi yerləşdirməsi və onu sınaqdan keçirməsi bütün beynəlxalq və diplomatik normalara zidd olduğu halda həm də ölkə xalqının hisslərini qıcıqlandırmaq, ölkənin suverenliyini kobud şəkildə pozmaq deməkdir.”

SalamNews xəbər verir ki, bunu İraq Parlamentinin sədr müavini Həsən əl-Kəbi deyib.

ABŞ səfirliyi ərazisində havadan müdafiə sistemlərinin yerləşdirilməsi və onun Bağdadın mərkəzində sınaqdan keçirilməsini ölkənin suverenliyinə qarşı kobud addım hesab edən İraq rəsmisi ölkə hökumətini münasibr addımlar atmağa çağrıb.

Qeyd edək ki, ABŞ şənbə günü Bağdadın mərkəzində səfirliyini hədəfə ala biləcək raketlərdən qorumaq üçün yaxın məsafəli havadan müdafiə sistemini sınaqdan keçirib.