DÜNYA » SİYASƏT
11 İyul 2020, 10:42 (GMT +4)

Türkiyənin Ayasofya ilə bağlı qərarına hörmət edilməlidir - Ərdoğan

Bakı, 11 iyul, SalamNews. Türkiyənin məhkəmə və icra orqanlarının Ayasofyanın statusu ilə bağlı  qərarına hamını hörmət etməyə dəvət edirəm. SalamNews "Anadolu"ya istinadən  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ayasofyanın statusunun muzeydən məscidə dəyişdirilməsi münasibətilə millətə müraciətində açıqlayıb.

"Ayasofya Türkiyənin suverenliyi altındadır. Türkiyənin Ayasofya üzərində haqqı təxminən 1500 il əvvəl bu tarixi kompleksi inşa edənlərin haqqından az deyil", o deyib.

Türkiyə prezidentinin sözlərinə görə, Ayasofyanın muzey statusunu qorumaq çağırışları Vatikanı muzeyə çevirmək və ibadət üçün bağlamağı tələb etmək kimi  bir şeydir.

"Ayasofyanın dirçəldilməsi Əl-Əqsa məscidinin azad edilməsinin əlamətidir. Bəşəriyyətin ortaq mirası olan Ayasofya, yeni statusu ilə hamını qəbul etməyə davam edəcək.

Ayasofyanın qapıları yerli və xarici vətəndaşlar, müsəlmanlar və digər dinlərin nümayəndələri üçün hər zaman açıq olacaq", o deyib.