DÜNYA » ELM VƏ TEXNOLOGİYA
11 İyul 2020, 14:57 (GMT +4)

"Facebook" siyasi reklamları qadağan edə bilər

Bakı, 11 iyul, SalamNews. "Facebook" şirkətinin rəhbərliyi ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən əvvəl siyasi reklamların sosial şəbəkədə yerləşdirilməsinə qadağa tətbiq edilməsi ehtimalını nəzərdən keçirir. 

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, mümkün qadağa hələ ki müzakirə olunur.