AZƏRBAYCAN » CƏMİYYƏT
17 İyul 2020, 13:46 (GMT +4)

BNA-nın mətbuat katibi koronavirusdan sağalıb

Bakı, 17 iyul, SalamNews. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusdan sağalıb.

SalamNews xəbər verir ki, bu barədə BNA rəsmisi "Facebook"dakı hesabında bildirib.

"İyunun 25-dən bütün həyat ritmimi dəyişən koronavirus pandemiyası ilə (COVİD-19) nəhayət yollarımız ayrıldı. Sonuncu testin nəticələri neqativ çıxdı. Xəstəlik müddətində narahatlıq keçirən, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm", o deyib.

Xatırladaq ki, M.Ağayev iyunun 28-də özünün və ailəsinin koronavirusa yoluxduğunu bəyan edib.