AZƏRBAYCAN » SİYASƏT
29 İyul 2020, 11:28 (GMT +4)

Prezident Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun qurulması layihəsi ilə tanış olub

Bakı, 29 iyul, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

SalamNews xəbər verir ki, dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.