DÜNYA » CƏMİYYƏT
03 Avqust 2020, 09:20 (GMT +4)

Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu keçib

Bakı, 3 avqust, SalamNews. Dünyada son sutkada COVID-19-a yoluxanların sayı 18.017.556 nəfər artıb, 688.351 nəfər xəstəlikdən ölüb, 10.6 milyondan çox insan sağalıb. Bu barədə Amerikanın Con Hopkins Universiteti məlumat yayıb. 

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, ABŞ yoluxanların sayına görə dünyada liderdir. Pandemiya dövründə ABŞ-da 4.666.027 yoluxma hadisəsi qeydə alınıb.

ABŞ-dan sonra Braziliya (2 733 677), Hindistan (1 750 723), Rusiya (849 277) və Cənubi Afrika (511 485) gəlir.

COVID-19-dan ölənlərin sayına görə də ABŞ liderdir, burada koronavirusdan 154 841 nəfər ölüb.