DÜNYA » SİYASƏT
03 Avqust 2020, 10:23 (GMT +4)

Pompeo: Tramp Çinə məlumat ötürənlərə qarşı tədbir görəcək

Bakı, 3 avqust, SalamNews. Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp Pekinə məlumat ötürən Çin proqram şirkətlərinə qarşı tezliklə tədbir görəcək.

Ağ Evin fikrincə belə müəssisələr ABŞ-ın milli təhlükəsizliyini təhdid edir.

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bunu dövlət katibi Mayk Pompeo açıqlayıb.

"Prezident Tramp dedi ki, artıq bəsdir və biz bunu düzəldəcəyik. Çin Kommunist Partiyası ilə əlaqəli proqram təminatlarının yaratdığı milli təhlükəsizlik risklərini aradan qaldırmaq üçün yaxın günlərdə hərəkətə keçəcək", diplomat "Fox News" telekanalına verdiyi açıqlamada bildirib.