MDB ÖLKƏLƏRİ » SİYASƏT
04 Avqust 2020, 12:18 (GMT +4)

Belarusdakı seçkilərdə erkən səsvermə başlayır

Bakı, 4 avqust, SalamNews. Belarus prezidentinin seçkilərində erkən səsvermə çərşənbə axşamı 5500 seçki məntəqəsində başlayacaq ki, bunlardan 44-ü ölkə hüdudlarından xaricdə təşkil edilib.

SalamNews xəbər verir ki, səsvermə hazırki dövlət başçısının belorus xalqına və parlamentə illik səslənişi ərəfəsində başlayır. İlk dəfə Aleksandr Lukaşenko vətəndaşlara ənənəvi olaraq Hökümət evinin Dairəvi zalından deyil, Respublika sarayından müraciət edəcək.

Müraciətin 2500 adamın iştirakı ilə baş tutacağı ehtimal edilir. Lukaşenkonun növbəti 5 il üçün ölkənin inkişafına dair planlarını bölüşəcəyi gözlənilir. Mərkəzi Seçki Komissiyasının əməkdaşı İvan Tolkaç qeyd edib ki, seçki məntəqələri artıq erkən səsvermə üçün seçiciləri qəbul etməyə hazırdır.