DÜNYA » CƏMİYYƏT
13 Avqust 2020, 17:25 (GMT +4)

ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

Bakı, 13 avqust, SalamNews. ABŞ administrasiyası payızdan etibarən ölkədəki məktəblərdə dərslərin yenidən başlaması ilə bağlı tövsiyələrin siyahısını dərc edib, bu məqsədlə 125 milyon çoxdəfəlik istifadə üçün nəzərdə tutulan maskaların ​ayrılmasına qərar verilib.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdəki mətbuat konfransında açıqlayıb.

"Bu gün ölkənin müxtəlif məktəblərinə 125 milyonadək maskaların paylanacağını elan etməkdən çox şadam. Nəhayət, bu gün administrasiya bütün məktəblər üçün ümumi qaydaları və müəllimlər ilə şagirdləri qorumaq üçün təlimatlar dərc edir. Ölkədəki bir çox məktəblə yaxından əməkdaşlıq edirik", Tramp bildirib.