RUSİYA » SİYASƏT
14 Avqust 2020, 16:39 (GMT +4)

Putin Livana yeni səfir təyin edib 

Bakı, 14 avqust, SalamNews. Rusiya prezidenti Vladimir Putin Livan  səfirini dəyişib. 

Aleksandr Rudakov Rusiyanın Livandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

SalamNews xəbər verir ki, müvafiq sərəncam rəsmi hüquq portalında yayımlanıb.

Prezident, Aleksander Zasıpkinin bu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə Livan Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi Beyrutda partlayış bölgəsində Rusiya xilasediciləri və həkimlərinin işlərinin başa çatması barədə akt imzalayıb.