DÜNYA » SİYASƏT
15 Avqust 2020, 13:20 (GMT +4)

Fransada kar və lallar üçün xüsusi maskalar istehsal ediləcək

Bakı, 15 avqust, SalamNews. Fransada lal və kar insanlar üçün xüsusi maskalar hazırlanacaq.  Yeni qoruyucu maskalarda dodaqları oxumaq mümkün olacaq.

SalamNews TASS-a istinadən xəbər verir ki, yeni maskalar "France Handicap" birliyi  tərəfindən hazırlanacaq.

Bu XX əsrin 30-cu illərində yaradılan və Fransanın ən iri əlillər ittifaqıdır.

Maskanın ortasında geniş şəffaf plastikdən hazırlanmış hissə olacaq.

Gündə 300 maskanın ​​istehsalı nəzərdə tutulur.