AZƏRBAYCAN » CƏMİYYƏT
15 Avqust 2020, 12:51 (GMT +4)

TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

Bakı, 15 avqust, SalamNews. "Koronavirusla bağlı ölkədə məscidlər fəaliyyət göstərməyəcək. Bu il Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək".  

SalamNews xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə olunur: "Sosial məsafə saxlanılmaq şərti ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək".