MDB ÖLKƏLƏRİ » SİYASƏT
15 Avqust 2020, 13:57 (GMT +4)

Lukaşenko Putinlə əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb

Bakı, 15 avqust, SalamNews. Belarus Prezidenti Aleksander Lukaşenko  Belarusdakı vəziyyəti rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

SalamNews xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.

Lukaşenkonun sözlərinə görə, hazırda "faktiki olaraq ssenari üzrə Belarusa qarşı təcavüz getdikcə artır". 

“Rusiya Prezidenti Putinlə əlaqə saxlamalıyıq, onunla danışmalıyıq. Çünki bu, yalnız Belarus üçün təhlükə deyil", o bildirib.

Lukaşenko qeyd edib ki, Belarusun müdafiəsi "ən az bütün məkanımızın, Birlik Dövlətinin müdafiəsidir".

“Belaruslar tab gətirə bilməsə, bu dalğa oraya keçəcək. Buna görə də bizdən belə yapışıblar",  Belarus prezidenti vurğulayıb.