MDB ÖLKƏLƏRİ » SİYASƏT
15 Avqust 2020, 14:48 (GMT +4)

Lukaşenko saxlanmış “Vaqner” əməkdaşlarını Moskvaya təhvil verib

Bakı, 15 avqust, SalamNews. Belarusda saxlanmış 32 rusiyalı hazırda Rusiya ərazisindədir. SalamNews-un verdiyi xəbərə görə, bu barədə RİA Novosti Rusiya Federasiyası Baş prokurorluğuna istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiyanın müvafiq qurumları Belarusda saxlanmış ölkə vətəndaşları ilə bağlı vəziyyəti yaxından təqib edir. Saxlananlar arasında Belarus vətəndaşlığı da olan daha bir rusiyalı Belarus ərazisində qalıb.

Xatırladaq ki, Belarus hakimiyyəti 29 iyulda 33 Rusiya vətəndaşının saxlandığını bildirərək onların “Vaqner” özəl hərbi şirkətinin əməkdaşları olduqlarını iddia etmişdi. İstintaq onları kütləvi iğtişaşların təşkilində şübhəli bilmişdi.