DÜNYA » CƏMİYYƏT
15 Avqust 2020, 14:57 (GMT +4)

Pandemiya: Dünyada COVID-19-a yoluxanların sayı 21,357 milyonu keçib

Bakı, 15 avqust, SalamNews. Dünyada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 21,357 milyonu keçib.

SalamNews Worldometer-ə istinadən xəbər verir ki, avqustun 15-ə olan məlumata görə dünyada yoluxma hallarının sayı 21,357,890-a çatıb.

COVID-19-a yoluxaraq ölənlərin sayı 763 387 nəfərdir, 14 151.766 nəfər xəstəlikdən sağalıb, 6.442.737 xəstənin müalicəsi davam edir.

Ən çox yoluxma və ölüm hadisələri ABŞ-da qeydə alınıb.

ABŞ-da 5.476.226 nəfər virusa yoluxub, 171,535 amerikalı bu xəstəlikdən ölüb.