DÜNYA » SİYASƏT
01 Sentyabr 2020, 11:16 (GMT +4)

Ərdoğan Türkiyənin şimal-şərqindəki fəlakət bölgəsinə səfər edib

Bakı, 1 sentyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  22 avqustda daşqın və selin baş verdiyi Giresun vilayətinə səfər edib. 

SalamNews xəbər verir ki, dövlət başçısı fəlakət zonasındakı sakinlərlə söhbət edib, bərpa işlərinin gedişatı ilə tanış olub.

Dereli kəndinin sakinlərinə müraciət edən Ərdoğan bildirib ki, avqust ayında Qara dəniz zolağına düşən  yağıntının miqdarı son yarım əsrdə ən yüksək səfiyyədə olub.

Onun sözlərinə görə, fəlakət zonasına ölkənin 36 əyalətindən xilasedicilər gəlib.

Qeyd edək ki, Giresunda baş verən sel nəticəsində 10 nəfər həyatını itirib, beş nəfərin itkin düşüb.

Sel suları 43 yaşayış binasını tamamilə dağıdıb, 94 tikili sökülməlidir.