AZƏRBAYCAN » SİYASƏT
04 Sentyabr 2020, 13:13 (GMT +4)

Prezident ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak edib

Bakı, 4 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.

SalamNews xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.