DÜNYA » SİYASƏT
07 Sentyabr 2020, 12:48 (GMT +4)

Ərdoğan Avropa siyasətçilərini regional məsələlərdə məsuliyyətli davranmağa çağırıb

Bakı, 7 sentyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Şurasının başçısı Çarls Mişel ilə telefon danışığı keçirib.

O, Aİ-ni son kəşfiyyat işləri ilə əlaqədar Afina ilə Ankara arasında gərginliyin müşahidə olunduğu Şərqi Aralıq dənizindəki vəziyyətin həllində ədalətli, qərəzsiz və obyektiv qalmağa çağırıb.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı bəyanatda deyilir.

Prezident qeyd edib ki, Yunanıstan və bəzi AB-yə üzv dövlətlər Şərqi Aralıq və Egey dənizində eskalasiyanın qarşısının alınması baxımından AB-nin öhdəliklərini ədalət çərçivəsində yerinə yetirməlidir.