DÜNYA » SİYASƏT
14 Sentyabr 2020, 13:19 (GMT +4)

Yaponiyada hakim partiyanın liderinin seçkiləri keçirilib

Bakı, 14 sentyabr, SalamNews. Bazar ertəsi Yaponiyanın hakim Liberal-demokrat partiyasının sədrinin seçkiləri keçirilib. Partiyanın yeni lideri Yosixide Suqa seçilib, o həm də Yaponiyanın növbəti baş naziri olacaq.

SalamNews TASS-a istinadən xəbər verir ki, seçkilər hakim partiyanın mənzil-qərargahında keçirilib. Partiya lideri postuna üç namizəd olub: Nazirlər kabinetinin baş katibi Yosixide Suqa, partiyanın Siyasi şurasının sədri Fumio Kisida və keçmiş müdafiə naziri Sigeru İsiba. Qaydalara uyğun olaraq, onların hər biri 20 millət vəkilinin dəstəyini alıb.

Yeni sədr seçkilərinə keçmiş sədr və baş nazir Sindzo Abenin səhhəti ilə əlaqədar istefa verməsi olub.