DÜNYA » SİYASƏT
15 Sentyabr 2020, 10:18 (GMT +4)

Tramp İranı hər hansı bir hücumuna min qat daha miqyaslı hücumla cavab verməklə hədələyib

Bakı, 15 sentyabr, SalamNews. ABŞ Prezidenti Donald Tramp, İranın hər hansı bir hücumuna min qat daha miqyaslı hücumla cavab verməklə hədələyib.

Trampın sözlərinə görə, İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusu komandanı Qasem Süleymaninin qətlinə görə qisas almaq məqsədilə hər hansı bir hücumu daha ağır hücumla cavablandırıla bilər.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, Amerika liderinin bu açıqlaması onun "Twitter" səhifəsində yayımlanıb.

"Mətbuatda yer alan məlumatlara görə, İran Süleymaninin qisasını almaq üçün ABŞ-a sui-qəsd və ya başqa bir hücum hazırlaya bilər. İran tərəfindən ABŞ-a istənilən formada edilən hücum, min qat daha böyük miqyaslı hücumla cavablandırılacaq", Tramp yazıb.