DÜNYA » SİYASƏT
21 Sentyabr 2020, 13:12 (GMT +4)

ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı substantiv danışıqları bərpa etməyə çağırır

Bakı, 21 sentyabr, SalamNews. ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı substantiv danışıqları bərpa etməyə çağırıb.

SalamNews -un məlumatına görə, bu barədə Pompeonun Ermənistanın Müstəqillik Günü münasibətilə təbrikində deyilir.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə təşəbbüs göstəririk və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv  danışıqları bərpa etməyə çağırırıq”, Pompeo qeyd edib.