QAFQAZ » CƏMİYYƏT
22 Sentyabr 2020, 14:20 (GMT +4)

Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı 200-ü keçib

Bakı, 22 sentyabr, SalamNews. Gürcüstanda son sutka ərzində 218 yeni koronavirusa yoluxma  hadisəsi qeydə alınıb, 40 xəstə sağalıb.

SalamNews-un Gürcüstan KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat verilib.

Qonşu ölkədə COVID-19-a yoluxma hallarının sayı 3.913-ə çatıb, 1.574 nəfər sağalıb.

22 nəfər xəstəlikdən ölüb.

Hazırda ölkə üzrə 4.988 nəfər karantində, 836 nəfər stasionar nəzarətdə saxlanılır.