DÜNYA » SİYASƏT
23 Sentyabr 2020, 15:52 (GMT +4)

Makron: AB Türkiyə ilə dialoqa hazırdır

Bakı, 23 sentyabr, SalamNews. Fransa prezidenti Emmanuel Makron Avropanın Şərqi Aralıq dənizi məsələsi ilə bağlı Türkiyə ilə dialoqa hazır olduğunu bildirib.

SalamNews bu barədə "Anadolu"ya istinadən xəbər verir.

“Türkiyəyə hörmət edirik. Biz dialoqa hazırıq. Amma biz gözləyirik ki, Türkiyə Avropanın suverenliyinə və beynəlxalq hüquqa hörmət edəcək, həmçinin Liviya və Suriyadakı hərəkətlərinə aydınlıq gətirəcək", o deyib.

Fransa lideri bildirib ki, "beynəlxalq hüquqa və əməkdaşlığa, müttəfiqlər arasında hörmətə ehtiyac var".