AZƏRBAYCAN » CƏMİYYƏT
24 Sentyabr 2020, 15:42 (GMT +4)

Nazirlik: Bu gün daha 19 şagird koronavirusa yoluxub

Bakı, 24 sentyabr, SalamNews.Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən SalamNews-a bildirilib ki, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Bu gün daha 3 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 9-a çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.