AZƏRBAYCAN » SİYASƏT
01 Oktyabr 2020, 17:25 (GMT +4)

Türkiyə Azərbaycanın tərəfində olub və olacaq - TBMM sədri

Bakı, 1 oktyabr, SalamNews. Türkiyə Parlamentinin sədri Mustafa Şentop bildirib ki, Türkiyə və türk xalqı həmişə Azərbaycanın tərəfində olub və olacaq.

“Azərbaycan öz doğma torpaqları uğrunda mübarizə aparır. Ermənistan dərhal işğal altındakı torpaqları tərk etməli və qonşu dövlətlərə hörmət göstərməlidir", Şenton bildirib.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Şentop şəhid olan Azərbaycan əsgərlərinin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.